Samir Abasov:

Samir Abasov: "Limit Azərbaycan futboluna mane olur”

Azərbayan Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Sumqayıt” üzərində 2:1 hesablı qələbədən sonra "Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
 
- Uşaqlara sonadək səbr etdiklərinə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm.

- Fasilədən sonra geri çəkilməyinizin səbəbi nə idi?
- Bəzən elə epizodlar olur ki, geriyə çəkilirsən. Əsas odu ki, səbrlə oynadıq. Bəzi hallarda lazım olanı etməsək də, buna da nail olacağıq.

- Rəqib iki dəfə 100 faizli qol epizodunu qaçırdı. Bəxtiniz gətirdi, deyilmi?
- Əsas odu ki, qalib gəldik. Gənc futbolçularımız var, bəzən səhvlərə yol verirlər.

- Fikirinizcə, 21 yaş limiti komandanıza mane olur?
- Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur. (Sport24.az)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR