Samir Əliyev:

Samir Əliyev: "Anyete artistlik etdi"

Sport7.az "Neftçi"nin baş məşqçisi Samir Əliyevin "Qarabağ"la oyundan sonra təşkil olunan mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir: "Güclü rəqiblə başabaş mübarizə apardıq. Hesabda önə keçsək də, bu üstünlüyü qoruya bilmədik. Futbolçuların tez-tez yerə yıxılmasına gəlincə, istəməzdim belə hallar olsun. Bu, "Neftçi"nin adına yaraşmır. Təkcə Anyete artistlik etdi. Fəhmindən soruşdum, dedi ki, çox qaçıb, ayağında "sudurğa" tutub. Hazırda "Qarabağ"la "Neftçi"nin tərəzinin eyni gözünə qoymaq olmaz, rəqibin heyəti güclüdür. Bu komandaya qarşı daim təzyiq göstərməklə oynamaq da mümkündür. Bizim öz oyunumuz, istiqamətimiz var. Sadəcə, bir az zamana ehtiyacımız var. Çünki gənc futbolçularımız çoxdu. Azərbaycanda gənc futbolçulara az şans verirlir. Dekabra qədər bu heyətlə oynayacağıq. Qışda "axsamalar" barədə ciddi düşünəcəyik, ölçü götürüləcək. Gözatlır etdiyimiz futbolçular var. Klub rəhhbərliyinə verdikləri dəstək üçün minnətdaram. Bizə göstərilən etimadı doğrultmaq üçün çalışırıq".

Sport7.az




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR