San-Xose (WTA): Sobolenko yarımfinalda, Svitolina mübarizəni dayandırdı

San-Xose (WTA): Sobolenko yarımfinalda, Svitolina mübarizəni dayandırdı

ABŞ-ın San-Xose şəhərində keçirilən, "Premier" seriyalı "Mubadala Silicon Valley Classic" turnirində 1/4 final mərhələsi yekunlaşıb.

WTA-nın reytinqində 10-cu olan Arina Sobolenko Karla Suares-Navarrodan üstün olub. Sıralamanın 7-cisi Elina Svitolina mübarizəni dayandırıb. Ukraynalı tennisçi Mariya Sakkari ilə bacarmayıb.

Yarımfinala yüksələnlər sırasında Donna Vekiç və Saysay Çjen də var.


Mubadala Silicon Valley Classic (Premier)

San-Xose, ABŞ

1/4 final

Arina Sobolenko (Belarus) - Karla Suares-Navarro (İspaniya) - 2:1 (3:6, 6:2, 6:4)

Mariya Sakkari (Yunanıstan) - Elina Svitolina (Ukrayna) - 2:1 (1:6, 7:6, 6:3)

Donna Vekiç (Xorvatiya) - Kristi An (ABŞ) - 2:0 (7:5, 6:0)

Saysay Çjen (Çin) - Amanda Anisimova (ABŞ) - 2:1 (5:7, 7:5, 6:4)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR