"Santos"da Sampaoli dönəmi bitdi

"Santos" baş məşqçi Xorxe Sampaolini istefasını açıqlayıb.

Sampaoli 2018-ci ilin dekabr ayından bəri "Santos"u çalışdırırdı. Komanda son mövsüm Braziliya çempionatında ikinci olmuşdu.

Argentinalı mütəxəssisin müqaviləsi 2020-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu. "Globoesporte"nin xəbərinə görə, Sampaoli öz istəyi ilə istefa verib.

Son dönəmdə 59 yaşlı çalışdırıcı və klub prezidenti Karlos Peres arasındakı münasibətlər qaydasında deyildi. Həmçinin Sampaoli "Santos"un transfer siyasətindən narazı idi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR