"Şapekoense" A Seriyasına qayıtdı

"Şapokoense” Braziliya A seriyasına qayıdıb.

Sport7.az xəbər verir ki, bu, çempionatın sonuna 4 tur qalmış rəsmiləşib. "Fiqeyrense”ni 2:1 hesabı ilə yenən "Şapokoense” son 4 matçının nəticəsindən asılı olmayaraq A seriyasına yüksəlib. Komanda bir illik fasilədən sonra güclülər sırasına qayıdıb.

Bu klub 2016-cı il noyabrın 28-də üzləşdiyi təyyarəsi qəzası ilə dünyanın üzüntüsünə səbəb olub. Kolumbiyada baş verən qəzada 77 nəfərdən yalnız altısı sağ qalıb.
 
Onlardan biri -  Alan Ruşel indi də "Şapokoense”də oynayır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR