Sarri:

Sarri: "İtaliyada olsa, Ronaldu və Dibalanın epizodlarında xeyrimizə iki penalti verilərdi"

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri "Lion"la oyun (0:1) barədə fikirlərini bölüşüb:

"Baş verənlərin səbəbini izah etmək çətindi. İlk hissədə topu çox yavaş hərəkət etdirdik. Ortada hərəkət yox idi. Normal olaraq, rəqib təzyiq etməyə, topu bizdən almağa çalışdı və hətta qol da vurdu.

İkinci hissədə daha yaxşı idik. Düzü, bu, Çempionlar Liqası üçün kifayət deyil. Səbəbini bilmirəm, amma topu sürətli hərəkət etdirməyin önəmini futbolçulara başa sala bilmirəm. Dediyim şey futbolumuzun bünövrəsidi. Bu məsələnin üzərində çalışmağa davam edəcəyik. Gec və ya tez, bu konsept onlara çatacaq.

Dünən məşqdə futbolçular topu bugünkündən iki dəfə daha sürətli hərəkət etdirirdilər. Əslində, əksinə olmalıdı. Son günlərdə komanda oyunlar zamanı məşqlərdəki komandaya bənzəmir.

İtaliyada olsa, Ronaldu və Dibalanın epizodlarında xeyrimizə iki penalti verilərdi. Avropada hakimlər oyunları fərqli formada idarə edirlər. Biz buna uyğunlaşmalıyıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR