"Səbail" 20 oyunluq cəzalanan məşqçisini cərimələdi

"Səbail" klubunun rəhbərliyi və baş məşqçi Aftandil Hacıyev arasında iclas keçirilib.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, yığıncaqda AFFA İntizam Komitəsi (İK) tərəfindən 20 oyunluq cəzalandırılan məşqçi Vüqar Məmmədlə bağlı qərar qəbul olunub.

Klubun daxili intizam kodekslərinə əsasən, mütəxəssisə pul cəzası verilib. Cərimənin məbləği açıqlanmayıb.

Vüqar Məmməd İK və klubun verdiyi cəzalarla razılaşdığını bildirib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi klubu 16 000 manat cərimələyib.
 
Fanat.Az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR