"Səbail" mərhələni çətinliklə adladı - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümü start verilib.

Sport7.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində 1 qarşılaşma baş tutub. Birinci Divizion təmsilçisi "Zaqatala" Bakıda "Səbail"in qonağı olub. Gərgin keçən oyunda Premyer Liqa təmsilçisi qələbə qazanıb. 1/8 final mərhələsi bir oyundan ibarət olduğu üçün "Səbail" növbəti mərhələdə "Sumqayıt"la qarşılaşacaq.
 
1/8 final mərhələsinin qalan 3 qarşılaşması sabah baş tutacaq. "Qəbələ" səfərdə "Turan Tovuz"un, "Kəpəz" Bakıda "Sabah"ın, "Zirə" də "Qaradağ Lökbatan"ın qonağı olacaq. 

Azərbaycan Kuboku, 1/8 final

24 yanvar (bazar)

15:00. "Səbail” – "Zaqatala” 3:2
(Amil Yunanov, 26, Adil Nağıyev, 62, Əfran İsmayılov, 84 -  Roini İsmayılov, 31, 40 ) 

"Səbail”: 96. Nikolas Hagen, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev (k), 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev

"Zaqatala”: 1. Vüsal Şabanov, 4. Kənan Müslümov, 8. Roini İsmayılov, 10. Rəhman Şabanov, 6. Aleksandr Şemonayev (k), 7. Bəhruz Teymurov, 14. Elçin Əlicanov, 2. Rüstəm Nuruyev, 17. Xəqani Sadıxov, 13. Ramin Əhmədov, 18. Əli Abdullayev
Ehtiyat oyunçular: 12. Eldar Tərlanov, 15. Firuddin Mövsümov, 16. Ceyhun Rəcəbli, 11. Əsədulla Heydərov, 9. Xəlil Bəşirov, 19. Salman Ələsgərov, 3. Nicat Oruclu, 20. Elmar Rəhimov
Baş məşqçi: Rüstəm Məmmədov

Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
ASCO Arena.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR