"Səbail"də ayrılıq - RƏSMİ

"Səbail"də ayrılıq baş verib.

Sport7.az klubun saytına istinadən xəbər verir ki, Ruslan Qurbanov paytaxt klubundan ayrılıb. Azərbaycan millisinin üzvünün başa çatan müqaviləsi uzadılmayıb.

27 yaşlı hücumçu ötən yay "Qəbələ"dən "Səbail"ə keçmişdi. Qurbanov cari mövsüm 23 oyuna 3 qol vurub.

"Səbail" daha öncə gürcüstanlı müdafiəçisi Tamazi Tsetxaladze ilə yolları ayırmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR