"Səbail"in baş məşqçisi: "Onun gedişinə qarşı deyilik"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın ukraynalı qapıçısı Aleksandr Rıbkanın ölkəsinin mətbuatına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

39 yaşlı mütəxəssis "Report"a açıqlamasında 33 yaşlı qolkiperin ölkəsinə gedişinə qarşı olmadıqlarını bildirib.

Hacıyevin sözlərinə görə, təcrübəli oyunçunun 1 illik müqaviləsi qaldığından Azərbaycana qayıdışında problem olmayacaq: "Çempionatın nə vaxt başlayacağını, onun qayıda bilib-bilməyəcəyini təhlil etdik. Onsuz da, gərək, karantin yüngülləşsin ki, biz məşq edə bilək. Yəqin ki, onda sərhədlər də açılacaq və Rıbkanın geri qayıtmasında problem olmayacaq".

Baş məşqçi Rıbkanı ölkəsinə yola salmaq barədə fikirləşdiklərini söyləyib: "Ukrayna səfirliyi ilə danışıqlar gedir. İmkan olsa, bu həftə ərzində Ukraynaya göndərəcəyik".

Qeyd edək ki, Aleksandr Rıbka Ukrayna mətbuatına müsahibəsində "Səbail"in onun ölkəsinə qayıtmasına qarşı olduğunu bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR