Şehiç İstanbul nəhəngi ilə anlaşdı

Şehiç İstanbul nəhəngi ilə anlaşdı

"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç "Beşiktaş”la razılığa gəlib.
 
Sport7.az xəbər verir ki, bu barədə "Sabah” məlumat yayıb. 
 
Xəbərə görə, bosniyalı qolkiper növbəti mövsümdən İstanbul təmsilçisinin formasını geyinəcək.

Birinci liqa təmsilçisi "Erzurumspor”da çıxış edən 31 yaşlı oyunçu bir müddətdir "Beşiktaş” klubu ilə danışıq aparırdı. "Dadaşlar”ın baş məşqçisi Mehmet Özdilek daha öncə Türkiyə mətbuatına  Şehiçin Türkiyədə ən yaxşı 5 qapıçıdan biri olduğunu və oyunçuya böyük klublardan təklif gəldiyini təsdiqləmişdi.

"Qara qartallar”ın artıq bosniyalı ilə anlaşdığı və rəsmi müqavilənin mövsüm sonunda imzalanacağı bildirilir. "Beşiktaş” yayda "Erzurumspor”la sözləşməsi bitəcək Şehiç üçün transfer bədəli ödəməyəcək.

Qeyd edək ki, 31 yaşlı qapıçı 2013-18-ci illərdə "Qarabağ”da çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR