"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin "Ərzurumspor”dan
ayrılacağı gündəmdədi.
Sport7.az xəbər verir ki, bu ayrılıq xəbəri ərzurumlu
fanatları özündən çıxarıb.
Onlar komandanı tərk etməyə çalışan qapıçını sərt şəkildə
qınayıb.
Fanatların bu hərəkəti Şehiçin sükutu pozmasıyla nəticələnib.
Sosial şəbəkələr vasitəsiylə azarkeşlərə müraciət edən İbrahim "Qarabağ”ı da
xatırlayıb:
"Sevgili Ərzurum ailəm, mən növbəti mövsümdə harda
oynayacağıma hələ qərar verməmişəm.
Bununla belə, bunun şəxsi qərarım olacağını da deməliyəm.
Qərarımı nə ailəmin, nə də menecerimin təsiri ilə verməyəcəm. Xaraktercə həmişə
yenilik axtarışındayam. Ərzuruma Çempionlar Liqasının qrupunda oynayan bir
komandadan gəlmişdim. Onda da bu qərarı özüm vermişdim. Sizdən ricam odu ki, mənə
hörmət bəsləyəsiz. Şəxsimə, ailəmə çirkin və ürəkqıran sözlər deməyin,
mesajların yazmayın. Çünki bu, doğru deyil.
Harda oluramsa, olum, həmişə
Dadaşım”.