Sport7.az xəbər verir ki, Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray”ımın bayrağını da asarsınız”, - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər.
Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağı da asılıb.
Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və
digər fəallar məsələ ilə bağlı "Qalatasaray” klubunun rəhbərliyinə məlumat
verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək
məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.
