Şəkidəki qəzada xəsarət alan jurnalistin durumu açıqlandı

Şəkidəki qəzada xəsarət alan jurnalistin durumu açıqlandı

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Sport7.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan "Qəbələ" klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovun səhhəti ilə bağlı da məlumat verilib.

Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq diaqnozu qoyulub. Həmkarımızın vəziyyəti ağır stabil olaraq qalır, həyati təhlükəsi yoxdu.

Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 4-ü helikopterlə Bakıya gətirilib. Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdı. Digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdı.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR