Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəldi

Səlahət Ağayevin vəziyyətinə aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının VII turunda "Səbail”lə oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin durumuna aydınlıq gəlib.

Sport7.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.

Qeyd edək ki, Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb. O, zədələndiyi üçün Azərbaycan millisinin də heyətindən çıxarılıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR