Sənan Qurbanov:

Sənan Qurbanov: "Ev matçlarında da bu qədər azarkeş görmək istəyirəm”

Azərbaycan Premyer Liqasınınn XXIV turunun "Keşlə” – "Qəbələ” oyunundan (1:2) sonra "qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: "Çətin oyun oldu. Bu haqda öncədən bilirdik və futbolçuları da məlumatlandırmışdıq. Onlar məşqlərdə, videoanalizlər zamanı tam məsuliyyəti dərk edərək hazırlaşmışdılar. Bilirdik ki, rəqib çox aqressiv oynayacaq. Meydançanın da vəziyyətini nəzərə almışdıq. Sevinirik ki, oyunu zədələrsiz və üç xalla başa vurduq. Bu, sevindirici məqamlardandır. Meydança ilə bağlı narahatçılığımız var idi. Oyunöncəsi məşqi də bu arenada etməmişdik. Çünki zədələrdən ehtiyat edirdik. Futbolçular mübarizə apardılar. Mövsümün sonunun gərgin keçəcəyini bilirik. Oyunçuları qələbə münasibətilə təbrik edirəm. Futbolçular hesabda öndə olanda nədənsə müdafiə olunmaq barədə düşünürlər. Bu barədə tapşırıq vermirik, çalışırıq ki, belə olmasın. Amma bəzən konsentrasiya itkisi ilə üzləşirik. "Zirə” ilə görüşdə rəqib bizi buna məcbur etmişdi. Bəzən də top itkiləri üzündən müdafiədə oturmağa məcbur oluruq. Bunu gərginliklə bağlayardım. Komandada rəqabət olmasına çalışırıq. Belə olanda oyunçular istəkli oynayır. Davit Volkovi bu gün tapşırıqların öhdəsindən gəlməyə çalışdı. Azarkeşlərə təşəkkür edirəm. Əziyyət çəkib yol qət edərək matça gəlmişdilər. Bu qələbə də onlara lazım idi ki, yaxşı əhval-ruhiyyə ilə geri qayıtsınlar. Ev matçlarında da bu qədər azarkeş görmək istəyirəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR