Sərbəst güləşçilərimizin Kislovodsk toplanışı davam edir

Sərbəst güləşçilərimizin Kislovodsk toplanışı davam edir

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə yığmamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçir.

Sport7.az italiyanın paytaxtı Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən yığmamızın tərkibində olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb. Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış fevralın 29-dək davam edəcək. Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi TMT-nin keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.

Toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR