Serbiya Avropa çempionu oldu

Serbiya Avropa çempionu oldu

Kişi voleybolçuların Avropa çempionatına yekun vurulub.

Fransanın paytaxtı Paris şəhərində keçirilən həlledici görüşdə Serbiya və Sloveniya milliləri üz-üzə gəlib. Matçın qalibi 4 set sonunda müəyyənləşib. Daha üstün oyun nümayiş etdirən Serbiya 3:1 hesabı ilə qələbə qazanıb. Bu, Balkan təmsilçisinin ikinci (2011, 2019) Avropa çempionluğudu. Yuqoslaviyanın daxilində isə serblər 2001-ci ildə qitənin ən güclüsü olmuşdular.

Aleksandar Atanisiyeviç 22 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Sloveniyanın heyətində isə Klemen Çebul 15 xalla oynayıb.

Qeyd edək ki, Uroş Kovaçeviç Avropa çempionatının "ən dəyərli oyunçusu" seçilib.


Avropa çempionatı

Paris, Fransa

Final

Serbiya - Sloveniya - 3:1 (19:25, 25:16, 25:18, 25:20)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR