Serena 1/4 finalda, Barti, Plişkova və Kiz üçün

Serena 1/4 finalda, Barti, Plişkova və Kiz üçün "US Open" bitdi

"US Open"də qadınların mübarizəsində də 1/8 final mərhələsinin görüşləri keçirilir.

Turnirin son finalçısı Serena Vilyams Petra Martiçi çətinlik çəkmədən məğlub edib. WTA-nın reytinqində ikinci olan Əşli Barti Van Tsyana uduzaraq "US Open"lə vidalaşıb.

Yohanna Konta Karolina Plişkovanı mübarizədən kənarlaşdırıb. Elina Svitolina isə Medison Kizdən güclü olub.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

1/8 final

Van Tsyan (Çin) - Əşli Barti (Avstraliya) - 2:0 (6:2, 6:4)

Yohanna Konta (Böyük Britaniya) - Karolina Plişkova (Çexiya) - 2:1 (6:7, 6:3, 7:5)

Serena Vilyams (ABŞ) - Petra Martiç (Xorvatiya) - 2:0 (6:3, 6:4)

Elina Svitolina (Ukrayna) - Medison Kiz (ABŞ) - 2:0 (7:5, 6:4)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR