Serena oyundan imtina etdi, Andreesku çempion oldu

Serena oyundan imtina etdi, Andreesku çempion oldu

Torontoda keçirilən "Premier 5" seriyalı "Rogers Cup" turnirində qalib müəyyənləşib.

Finalda Serena Vilyams və Bianka Andreesku üz-üzə gəlib. Kanadalı tennisçi ilk setdə 3:1 hesabı ilə irəlidə olarkən Serena oyundan imtina edib. Amerikalı raketka ustası qərarını zədəsi ilə əlaqələndirib. Beləliklə, 19 yaşlı Bianka karyerasının ikinci titulunu qazanıb. O, daha əvvəl "İndian Vells"in qalibi olmuşdu.


Rogers Cup (Premier 5)

Toronto, Kanada

Final

Bianka Andreesku (Kanada) - Serena Vilyams (ABŞ) - 0:0 (3:1 - Serena imtina edib)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR