Serena Vilyams:

Serena Vilyams: "Bartinin dünya reytinqində birinci olduğunu bilmirdim"

Serena Vilyams "Vimbldon" ərəfəsində son vəziyyəti barədə fikirlərini bölüşüb:

"İl boyunca ciddi zədələrdən əziyyət çəkmişəm. Oyun təcrübəsi baxımından çatışmazlıqlar var idi. Nəhayət ki, Parisdə normal müalicə prosesi keçirdim. Turnirdən ("Rolan Qarros") sonra orada qaldım və yaxşı həkimlərlə birlikdə çalışdıq. İndi özümü yaxşı hiss edirəm.

Təbii ki, "Uimbldon" hazırlıqları istədiyim kimi keçməyib. Ötən həftə Birminqemdə məşqlərə başlamışam. Yarım həftəmi bunun üçün ayırmışdım. Bununla belə, əlimdən gələn hər şeyi edəcəm".

Amerikalı raketka ustası Əşli Bartinin WTA sıralamasında birinci olmasına da münasibət bildirib:

"Bartinin dünya reytinqində birinci olduğunu bilmirdim. Əladı ki... Əş haqqında pis danışan insana rastlamamışam. Turun ən mehriban qızlarından biridi. Çox yaxşı insandı. Oyunu möhtəşəmdi və klassik zərbələrə sahibdi. Barti hər şeyi bacarır, texnikası qüsursuzdu. Onun adına sevinirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR