Simona Halep

Simona Halep "Vimbldon"un qalibi oldu

Tennisdə mövsümün üçüncü "Böyük dəbilqə" turniri olan "Vimbldon"da qadınların mübarizəsində qalib müəyyənləşib.

Final görüşündə Serena Vilyams və Simona Halep üz-üzə gəlib. 1-ci və 3-cü qeymlərdə breyk edən Halep ilk seti aktivinə yazdırıb. İkinci setdə də bənzər senari təkrarlanıb. Rumın raketka ustası rəqibinin iki servis oyunundan xal çıxarıb və breyk şansı verməyib. Nəticədə 56 dəqiqəlik mübarizənin tamamında Serena Vilyamsı 2:0 hesabı ilə məğlub edən Halep karyerasının ilk "Vimbldon", ümumilikdə isə ikinci "Böyük dəbilqə" titulunu qazanıb.


Vimbldon ("Böyük dəbilqə")

London, Böyük Britaniya

Qadınlar

Final

Simona Halep (Rumıniya) - Serena Vilyams (ABŞ) - 2:0 (6:2, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR