Serenata di Calcio 16

Serenata di Calcio 16

Ekvatora yaxınlaşmaqda olan İtaliya A Seriyasında bu həftə sonu 16-cı turun oyunları baş tutdu. Keçirilən 10 oyunun üçündə bərabərlik qeydə alındığı halda, dördündə ev sahibi, üçündə isə qonaqlar qələbəyə sevindilər. Ümumilikdə bütün oyunlarda qapılara 29 qol (hər oyuna 2,9 qol) vuruldu.
 


Çempionatın lideri "İnter” cari mövsümdə ilk dəfə səfərdə qələbə qazana bilmədi. Nəticədə liderin büdrəməsindən yararlanan hazırkı çempion "Yuventus” qələbə qazanmaqla turnir cədvəlinin şərikli liderinə çevrildi. "Fiorentina” "neradzurrilər"ə uduzmamaqla son 6 oyunun heç birində "İnter”ə məğlub olmamaq statistikasını davam etdirdi: 3 qələbə, 3 bərabərlik. "Udineze” çempionatlar tarixində "Yuventus”a ən çox uduzan komandadı - 62 dəfə. "Latsio” 2015-ci ilin yazından sonra ilk dəfədi ki, ardıcıl 8 oyunda qələbə qazanır. "Qartallar” həmçinin ilk 16 matçdan sonra 36 xal toplamağı bacarıb və bu 1973/74 mövsümündən sonra rekorddur. Bu, həm də "Kalyari”nin ardıcıl 13 oyunluq məğlubiyyətsizlik seriyasının qırılması demək idi. 
 


"Bolonya” "Atalanta”nı məğlub etməklə "berqamolular"a qarşı 7 oyunluq uğursuz seriyanı qırdı. "Genuya derbi”sində qonaqlar - "Sampdoriya” qələbəyə sevindi. Bununla da "Sampdoriya”nın hazırkı çalışdırıcısı Klaudio Ranyeri son 25 ildə İtaliyanın bütün əsas derbilərini (Milan, Turin, Roma və Cenoa) qazanan yeganə baş məşqçi oldu. Karlo Ançelottini istefaya göndərdikdən sonra, yeni baş məşqçi Cennaro Qattuzo ilə ilk oyununa çıxan "Napoli” 2010-cu ildən sonra ilk dəfədi ki, ardıcıl 8 çempionat oyununda qələbəyə həsrətdir. "Verona” A Seriyası tarixində ilk dəfə üç qol fərqi ilə məğlub olduğu oyunu geri çevirməyi bacardı. "Breşiya” cari mövsümdə ilk dəfə ev oyununda qələbə qazandı. Onlar həm də son 15 ildə ilk dəfə üç qol fərqi ilə qələbə qazanmağı bacardılar. "Parma” ardıcıl 5 səfər oyunudu ki, məğlubiyyətin nə olduğunu bilmir. Bu, komandanın 2014-cü ildən sonra ən yaxşı göstəricisidir. SPAL isə son 8 səfər oyununda cəmi 1 xal toplamağı bacarıb və bu, onların A Seriyası tarixində ən zəif nəticəsidir. 

A Seriyasının 16-cı həftəsində qeydə alınan nəticələr:

"Breşiya” – "Leççe” 3-0
"Napoli” – "Parma” 1-2
"Cenoa” – "Sampdoriya” 0-1
"Verona” – "Torino” 3-3
"Bolonya” – "Atalanta” 2-1
"Yuventus” – "Udineze” 3-1
"Milan” – Sassuolo” 0-0
"Roma” – SPAL  3-1
"Fiorentina” – "İnter” 1-1
"Kalyari” – "Latsio” 1-2

Keçirilən 10 oyunda hakimlər qayda pozuntularına görə futbolçulara 62 vərəqə (orta hesabla hər oyuna 6,2 vərəqə) göstərib. Onlardan 61-i sarı, 1-i isə qırmızı vərəqə olub. Ən kobud qarşılaşma kimi Massimilano İrattinin idarə etdiyi, turun açılış oyununu qeyd etmək olar. Hakim "Breşiya” və "Leççe”nin futbolçularına ümumilikdə 10 sarı vərəqə göstərib. 

Baş tutan oyunları ümumilikdə 278 min 224 nəfər azarkeş izləyib. Ən çox azarkeş həmişə olduğu kimi "San Siro”da qeydə alınıb: 58 min 5 nəfər. "Rossonerilər” bu oyunda qələbə qazanmağı bacarmasalar da, komandanın 120 illik yubileyi münasibətilə stadionda möhtəşəm ab-hava mövcud idi.  Stadionun həcminə görə isə əsl anşlaq Sardiniyada qeydə alınıb. Belə ki, stadiondakı bütün yerlər azarkeşlər tərəfindən tutulub. Ən az tamaşaçı turun açılış oyununda, stadionun həcminə görə isə ən az azarkeş "Verona” və "Torino” komandalarının qarşılaşmasında qeydə alınıb. Stadionun cəmi 37%-i dolub.

Çempionatın 16-cı həftəsində qeydə alınan azarkeş statistikaları:

"Breşiya” – "Leççe” – 13 131 (67%)
"Napoli” – "Parma” – 27 487 (46%)
"Cenoa” – "Sampdoriya” – 30 658 (83%)
"Verona” – "Torino” – 14612 (37%)
"Bolonya” – "Atalanta” – 21 277 (55%)
"Yuventus” – "Udineze” – 39 127 (94%)
"Milan” – Sassuolo” – 58 005 (72%)
"Roma” – SPAL  - 34 761 (48%)
"Fiorentina” – "İnter” – 37 537 (87%)
"Kalyari” – "Latsio” – 16 299 (100%)
 


Turun açılış oyunu 15 italiyalı futbolçunun start heyətində meydana çıxması ilə yadda qaldı. Bu, cari mövsümün rekordudu. İnsinye 250-ci dəfə "Napoli”nin start heyətində çempionat oyununa çıxdı. Bu oyunda hesabı açan, "Parma”nın yeni parlayan ulduzu Deyan Kulusevski komandasının çempionatlar tarixində 500-cü səfər qoluna imza atdı. Canluici Buffon "Yuventus”un A Seriyasında ən çox oyun keçirən futbolçusu Alessandro Del Pyeroya çatdı – 478 oyun. "Yuventus"un qələbəsində böyük pay sahibi olan Kriştianu Ronaldu isə son 15 mövsümdə Avropanın "top-5” çempionatlarında minimum 10 qola imza atan yeganə futbolçudu. "İnter”ə 1 xal qazandıran qolun müəllifi Borxa Valero keçmiş komandası "Fiorentina”ya qol vurmaqla 588 gündən sonra tilsimi qırdı. O, həm də cari mövsüm çempionatın qol vuran ən yaşlı mərkəz yarımmüdafiəçisidir. "Milan”ın hücumçusu Rafael Leao isə əvəzetmədən oyuna daxil olmasına baxmayaraq, iki zərbəsində rəqib qapısının dirəklərini nişan aldı. Bu, "Milan”da 2017-ci ilin fevral ayından bəri (Deulofeu) ilk belə haldır. Son iki həftədə qol vura bilməsə də, İmmobile 17 qolla çempionatın vahid bombardiri olaraq qalır. (ardı var)



OXŞAR XƏBƏRLƏR