"Sərhədçi Kikboks Klubu"nun növbəti uğuru (FOTO)

Kikboksçularımız daha bir yarışda etimadı doğruldublar.

Sport7.az xəbər verir ki, söhbət Ukraynada keçirilən "Wizard Open” turnirindən gedir. Ukrayna paytaxtı Kiyevdə təşkil olunan yarışda, ölkəmizi Azərbaycan Kikboksinq Federasiyasının "Sərhədçi” klubunun yetirmələri təmsil ediblər. Komandamız əməkdar məşqçi, əməkdar idman ustası, dünya çempionu Fuad Zeynalovun rəhbərliyi altında 7 medal qazanıb.

Ən yaxşı göstərici Elcan Alıkişiyev, Elşad Şahbazov və Elməddin Baxşəliyevin aktivindədir. Hər üç kikboksçu yarışın baş mükafatına layiq görülüb.



Vüsal Kazımovla Zöhrab Əsədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Məqsəd Hacıyevlə Nihad Hüseynov isə bürünc medala sahib olub.

İki idmançımız həmçinin, turnirin "Qala gecəsi”ndə də bacarığını göstərib. Elcan Alıkişiyevlə Elşad Şahbazov döyüşləri qələbə ilə başa vurub.



Qeyd edək ki, ənənəvi "Wizard Open” turnirində, Ukrayna, Azərbaycan, İsrail, Bolqarıstan və Moldova kikboksçuları qələbə uğrunda mübarizə aparıblar.  

Komandanın çıxışını yüksək qiymətləndirən baş məşqçi Fuad Zeynalov,  "Sərhədçi” Kikboksinq klubunun bütün uğurlarına görə, AKF-nin prezidenti Adil Əliyevə və "Sərhədçi” Kikboksinq klubunun prezidenti Cavid Ismayılova təşəkkürünü bildirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR