Seria A turnirində gümüş medal

Seria A turnirində gümüş medal

Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbulda Karate1 Seria A turnirinin gümüş medalını qazanıb. 

Sport7.az xəbər verir ki, Marina Rakoviçlə (Monteneqro) final görüşü rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Rafael Ağayev (-75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub. 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib. Mötəbər turnirində 102 ölkədən 1813 karateçi iştirak edib. 

Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR