Serxio Ramos ata oldu - FOTO

Serxio Ramos ata oldu - FOTO

"Real"ın (Madrid) kapitanı Serxio Ramos dördüncü dəfə ata olub.
 
Sport7.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.

34 yaşlı müdafiəçi həyat yoldaşı Pilar Rubio və yeni doğulan oğlunun fotosunu "Instagram"da paylaşıb. O, körpəyə Maksimo Adriano adını verib.
 


Qeyd edək ki, Serxio Ramos və Pilar Rubio cütlüyünün digər övladları Serxio 2014-cü, Marko 2015-ci, Alexandro isə 2018-ci ildə doğulub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR