Serxio Rodriqes ÇSKA-dan ayrıldı - RƏSMİ

Serxio Rodriqes ÇSKA-dan ayrıldı - RƏSMİ

Serxio Rodriqes və ÇSKA arasındakı qarşılıqlı razılaşmaya əsasən, point-qard komandadan ayrılıb. ÇSKA-nın saytında bu barədə məlumat yerləşdirilib.

Rodriqes 2017-ci ilin yayında "ordu klubu"na transfer olunmuşdu. 33 yaşlı basketbolçu ÇSKA-nın heyətində 1 dəfə Avroliqanın, 2 dəfə isə VTB Liqasının çempionu adını qazanıb.

Moskva təmsilçisinin forması ilə 124 matçda meydana çıxan S. Rodriqes 11,4 xal, 4,8 asist, 1,8 ribaund və 0,9 top oğurlama ortalamaları ilə oynayıb.

İspan oyunçunun karyerasını "Olimpiya Milano"da davam etdirəcəyinə dair xəbərlər yayılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR