"Sevilya" - "Qarabağ" matçının biletləri satışda

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.

Sport7.az xəbər verir ki, "Qarabağ" üçün ayrılmış biletlər noyabrın 26-da satışa çıxarılacaq. Oyunu izləmək istəyən azarkeşləri stadionun kassalarından biletləri ala bilər. Azarkeşlər üçün S38 sektoru ayrılıb. Bir biletin qiyməti 35 avrodur.

"Ramon Sançes Pisxuan"da keçiriləcək qarşılaşma noyabrın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR