"Sevilya"dan Avroliqada yeni rekord

"Sevilya" Avroliqadakı rekordu təkrarlayıb.

Sport7.az xəbər verir ki, Əndəlus təmsilçisi 1/8 finalda "Roma"nı 2:0 hesabı ilə məğlub edərək turnirdə 39-cu qələbəsini qazanıb. Bununla da, ispanlar Avroliqa tarixində ən çox qələbə qazanan komanda adına şərik çıxıb. İndiyədək rekord Avstriya təmsilçisi "Zaltsburq"a məxsus idi. 
 
Eyni zamanda "Sevilya" Avroliqada ən çox çempion olmuş komanda ünvanını da qoruyur. Bu turnirdə 5 dəfə çempionluq yaşamış ispanları hərəyə 3 kubok qaldırmış "İnter" və "Yuventus" izləyir. 

"Sevilya" 1/4 final mərhələsində "Vulverhempton"la qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR