"Sevilya"dan Fransaya

Fransa klubu "Nitsa” heyətini yeni futbolçuyla gücləndirib.
 
Sport7.az xəbər verir ki, Liqa 1 təmsilçisinin mətbuat xidməti "Sevilya”dan Roni Lopesin transfer olunduğu ilə bağlı məlumat yayıb. Məlumata görə "Nitsa” 24 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatıb. Fransa klubu 2021-ci ilin yayında 20 milyon avro ödəyərək, Lopesin transfer hüquqlarına sahib ola bilər.

2019-cu ilin avqustunda 25 milyon avro qarşılığında "Monako”dan "Sevilya”ya keçən Lopes, son mövsümdə La Liqada 7 oyunda iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR