"Sevilya"nın baş məşqçisi: "Bir ata minmək haqda fikirləşirik"

"Sevilya"nın baş məşqçisi Xolen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- İspaniyanın bunadək "Atletik" və "Atletiko" klubları Bakıya gələrək qələbə qazana bilməyib. Bu faktı bilrsiniz? Bilirsinizsə, nə hansı hisslər keçirsiniz?

- Əlbəttə, bura gəlmiş İspaniya kubları haqda məlumatım var, həmin faktları bilirəm. Azərbaycan klublarının heyətində güclü futbolçular olub. Bu, yerli futbolçulardı, həm də legionerlərdi. Bu da ispanların işini çətinləşdirib.

- Bakıda heç-heçə sizi nə dərəcədə qane edəcək? Mümkün məğlubiyyət sizin üçün nə deməkdi?

- Bütün çətinliklərə, "Qarabağ"ın güclü rəqib olmasına baxmayaraq, bura qələbə qazanmağa gəlmişik. 

- İspaniya mətbuatında "Real"la oyuna görə aparıcı futbolçlarını qoruyacağınız haqda yazılır. Bunu gözləmək olarmı, yoxda meydana döyüşkən heyət buraxacaqsınız?

- Bizim üçün sadəcə bir matç var - o da "Qarabağ"a qarşı. Bütün atlara minmək mümkün deyil. Bir ata minmək haqda fikirləşirik. Bütün enerjimizi ona yönəldəcəyik.

- Əsas heyəti müəyyənləşdirmisiniz?

- Oyun ən yaxşı formada olanlardan ibarət komandanı çıxaracağıq. 

- Oyun planında hansı dəyişiklər etməyi planlaşdırısınız?

- Bu, sabah görünəcək. Bütün futboçular hazır vəziyyətdi. Dəyişiklər də baş verə bilər. (Sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR