Şeydayevdən Rusiya çempionatında 3-cü qol

Şeydayevdən Rusiya çempionatında 3-cü qol

Millimizin futbolçusu Ramil Şeydayev komandası "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. 

Sport7.az xəbər verir ki, komanda XX turun oyunları çərçivəsində "Anji" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Şeydayev 63-cü dəqiqədə meydana daxil olub və 88-ci dəqiqədə penaltidən fərqlənib. Bununla da o, Rusiya çempionatında 3-cü qolunu vurub.

Qeyd edək ki, bu qələbə ilə xalını 24-ə yüksəldən Samara təmsilçisi 10-cu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR