"Shamkir Chess 2019"un iştirakçıları açıqlandı

Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2019" supertunirinin keçiriləcəyi tarixlər və iştirak edəcək şahmatçıların yekun siyahısı məlum oldu.

Sport7.az xəbər verir ki, "VI Vüqar Həşimov Memorialı" bu ilin martın 31-dən aprelin 9-dək Şəmkir şəhərində keçiriləcək. Heyətinə görə ilin ən güclü yarışlarından biri olacaq turnirdə,adları aşağıda qeyd olunan şahmatçılar iştirak edəcəklər :

1.Maqnus Karlsen (Norveç)  2845

2.Dinq Liren (Çin)            2812

3.Aniş Giri(Hollandiya)  2797

4.Şəhriyar Məmmədyarov(Azərbaycan) 2790

5.Vişvanatan Anand (Hindistan)    2779

6.Aleksandr Qrişyuk       (Rusiya)2771

7.Teymur Rəcəbov        (Azərbaycan) 2756

8.Sergey Karyakin       (Rusiya)2753

9.Veselin Topalov       (Bolqarıstan)  2740

10.David Navara             (Çexiya)        2738

Qeyd edək ki ,ötənilki Şəmkir superturnirinin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdur. (Chess.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR