"ShamkirChess"də 6-cı tura yekun vurulub

Aprelin 6-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində altıncı turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, növbəti oyunlarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalova məğlub olub, Teymur Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla heç-heçə edib.

Turnirin digər partiyalarında rusiyalı Sergey Karyagin hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananda məğlub olub, hollandiyalı Aniş Giri çexiyalı David Navara ilə, çinli Dinq Liren norveçli dünya çempionu Maqnus Karlsenlə sülh bağlayıblar.

Qeyd edək ki, altı turun nəticəsinə görə Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR