Simyonenin oğlu klubunu dəyişməyə yaxındı

Simyonenin oğlu klubunu dəyişməyə yaxındı

Bu mövsüm icarə əsasında "Kalyari" də oynayan "Fiorentina"nın hücumçusu Covanni Simyone "Bolonya"ya keçməyə yaxındır.

Sport7.az xəbər verir ki, məşhur məşqçi hazırda Madrid "Atletiko"sunu çalışdıran Dieqo Simyonenin oğlu üçün "Fiorentina"nın 20 milyon avro məbləğində maliyyə tələbi təmin edilərsə, futbolçu klubunu dəyişəcək.

Covanni Bu mövsüm "Kalyari" formasında A Seriyasında 28 matç keçirib, 10 qola və 4 məhsuldar ötürməyə imza atıb. 24 yaşlı oyunçu İtaliya klubuna keçməzdən əvvəl Argentinada "Banfild" və "River Pleyt"də oynayıb. Futbolçu A Seriyasında "Cenoa"nın da formasını geyib.

"Bolonya" İtaliya çempionatında 12-ci yerdə.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR