"Sizsiz futbolu təsəvvür etmək çox çətindir" - "Səbail"in yeni transferi

"Səbail”in yeni transferi Florian Kadriu klubun rəsmi saytına müsahibə verib.

Sport7.az xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı hücumçu bunları deyib:
 
–  "Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?

–  İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.

–  "Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?

–  Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.

–  Öz oyun tərzini necə təsvir edə bilərsən?

– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

–  Yaxınların səni necə çağırır?

–  Yaxınlarım məni Landi çağırır.

–  Mövsüm 21.08.2020-ci il tarixində start verir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?

–  İnanıram k, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

–  "Səbail”in azarkeşlərinə ismarıcın nədir?

–  Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR