Skarlatakedən ilk: 40-cı oldu

Skarlatakedən ilk: 40-cı oldu

Adrian Skarlatake "Zirə”də qol hesabını açıb.
 
Sport7.az xəbər verir ki, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb. Bu, Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail”lə matçına təsadüf edib. 4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu "Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian "Qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioneri və ilk rumıniyalı oyunçusudur.

Bu 40 oyunçudan başqa daha 5 rəqib futbolçusu avtoqol müəllifi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR