Slovakiya - Azərbaycan oyununun hakimləri

Slovakiya - Azərbaycan oyununun hakimləri

"AVRO-2020"nin seçmə mərhələsində keçiriləcək Slovakiya - Azərbaycan matçının təyinatları açıqlanıb.

Sport7.az xəbər verir ki, UEFA görüşü Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmanı Sergey Boyko idarə edəcək. Ona Vladimir Volodin və Semen Şlonçak yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu gün "Bakcell Arena"da Uelslə qarşılaşacaq. Qarşılaşma saat 21:00-da başlayacaq. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya - Azərbaycan oyunu isə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR