Sneyder futbolla vidalaşdı

Sneyder futbolla vidalaşdı

Vesli Sneyder karyerasını bitirib.

Sneyder son olaraq "Utrext"lə şərti müqavilə imzalayıb. Sazişə əsasən, 35 yaşlı futbolçu komandanın ev matçlarını şəxsi skayboksundan izləyəcək.

Sneyderin sonuncu iş yeri "Əl-Qarafa" olub. Holland futbolçu karyerası ərzində "Ayaks", "Real", "İnter", "Qalatasaray" və "Nis" klublarında çıxış edib. O, adı çəkilən ilk dörd klubun heyətində ölkə çempionluğu yaşayıb. Həmçinin Sneyder "İnter"də Çempionlar Liqasının qalibi olub.

Hollandiya millisinin heyətində 134 matçda meydana çıxan və 31 qol vuran yarımmüdafiəçi dünya çempionatının gümüş və bürünc medallarına sahib çıxıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR