Sofiya Kenin son 12 il ərzində

Sofiya Kenin son 12 il ərzində "Australian Open"in qalibi olan ən gənc tennisçidi

Sofiya Kenin Qarbinye Muqurusanı 2:1 (4:6, 6:2, 6:2) hesabı ilə məğlub edərək "Australian Open" turnirinin qalibi olub.

2008-ci ildə 20 yaşlı Mariya Şarapova "Australian Open"də çempionluq yaşamışdı. Sofiya Kenin son 12 illik periodda sözügedən turnirin qalibi olan ən gənc tennisçidi. Onun hazırda 21 yaşı var.

Ötən il çempion olan Naomi Osakanın da 21 yaşı var idi. Sadəcə, Osaka oktyabr ayında, Kenin isə noyabrda dünyaya gəlib.

"Australian Open"in yekunlarına əsasən amerikalı tennisçi "ilk onluq"da debüt edəcək və WTA-nın reytinq cədvəlində 7-ci sıraya kimi yüksələcək. Həmçinin Kenin növbəti həftədən etibarən Serenanı geridə qoyaraq ABŞ-ın "bir nömrə"si olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR