"Sofiyaya xal və ya xallar qazanmaq üçün gəlmişik" - Qara Qarayev

Sabah Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsinin son matçında Bolqarıstan yığması ilə qarşılaşacaq. Sport7.az xəbər verir ki, Sofiyada keçiriləcək qarşılaşmadan bir gün öncə təşkil olunan mətbuat konfransında millimizin yarımmüdafiəçisi Qara Qarayev də iştirak edib.

O, qarşılaşma barədə danışarkən, çətin oyun olacağını bildirib: "Hamınızı salamlayıram. Robert Prosineçkinin gəlişindən bəri yaxşı oynayırıq. Çalışacıq ki, seçmə mərhələni yüksək əhval-ruhiyyədə tamamlayaq. Bizim üçün ağır oyun olacaq. Sürətli futbolçuları var. Üstəlik, öz azarkeşləri önündə oynayacaqlar. Bilirik ki, onlar da son oyunda qələbə üçün oynayacaqlar. Layiqli mübarizə aparsaq burdan qələbəylə dönəcəyimizə inanırıq. Ad günümü xüsusi qeyd etməmişəm. Bu haqda heç fikirləşmirəm. Əsasən oyunu düşünürəm. Yəqin ki, tort kəsəcəyik. Baş məşqçi də təbrik etdi və vurğuladı ki, əsas işimizdir, sonra isə ad günümü bayram edə bilərəm. Sofiyaya xal və ya xallar qazanmaq üçün gəlmişik”.

Qeyd edək ki, sözügedən qarşılaşma sabah 23:45-də start götürəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR