ŞOK!

ŞOK! "Ağsu"nun futbolçuları uzaqlaşdırıldı - Oyun alğı-satqısına görə

Birinci Divizionda "Ağsu"nun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyev danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan kənarlaşdırılıb.
 
Sport7.az xəbər verir ki, bu haqda AFFA qərar çıxarıb. Oyun-alqı satqısında ittiham olunan hər iki futbolçuya görə hüquq-mühafizə orqanlarına da müraciə olunacaq.
 
AFFA-nın sözügedən futbolçularla bağlı çıxardığı qərar isə belədi: "Birinci divizionda çıxış edən "Ağsu” Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR