ŞOK: Frits Ştuxlik hakimlərimizi futboldan

ŞOK: Frits Ştuxlik hakimlərimizi futboldan "qaçırdır"

Sport7.az AFFA-nın Hakimlər Komitəsi ilə bağlı marağlı məlumat əldə edib.
 
Etibarlı mənbədən saytımıza verilən xəbərə görə, Premyer Liqa və I Divizionda ədaləti təmsil edən hakimlərimizin özünə qarşı ədalətsizlik edilir.
 
Belə ki, Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxlik hakimlərimizi "gözümçıxdıya salıb". Bundan təngə gələn referilər böyük futboldan uzaqlaşaraq futzala üz tuturlar.
 
Buna kimi də Hakimlər Komitəsində bir sıra anlaşılmazlıqlar, uzaqlaşdırmalar olub. Ancaq avstriyalı mütəxəssisin metodu fərqlidir. Elə metoddur ki, hakimlər öz xoşları ilə uzaqlaşırlar. Hazırda bizə gəlib çatan məlumat bu qədərdir.
 
Xatırladaq ki, ötən qış qadın hakim Xəyalə Əziz hakimlikdən qalmaqallı şəkildə uzaqlaşdırılmışdı. O, Hakimlər Komitəsində özünə qarşı haqsızlıq edildiyini bildirmişdi.
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR