ŞOK - Lənkəranda azarkeşlər oyun zamanı 17 yaşlı futbolçunu döydü (VİDEO)

ŞOK - Lənkəranda azarkeşlər oyun zamanı 17 yaşlı futbolçunu döydü (VİDEO)

Bu gün U-17 liqasında baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçında xoşagəlməz hal yaşanıb.

Sport7.az-a daxil olan məlumata görə məğlubiyyəti həzm edə bilməyən bir neçə lənkəranlı azarkeş matçın sonlarına yaxın meydana daxil olub "Kəpəz"in futbolçularına hücum edib. Hətta, sözügedən azarkeşlərdən biri, gəncəlilərin qapıçısına söyüş söyüb, üstəlik fiziki təzyiq göstərməyə çalışıb. 

Ancaq maraqlısı budu ki, baş hakim məhz özünü azarkeşlərdən qorumağa çalışan qolkiperi qırmızı vərəqə ilə cəzalandırıb. Yəni, meydandakı yox, tribunadakı "hücumçular"dan gələ biləcək təhlükədən qorunmağa çalışan qapıçının hərəkətlərini baş hakim intizamsızlıq kimi qiymətləndirib.
 
Bundan əlavə "Xəzər Lənkəran"ın futbolçuları da azarkeşlərə qarışıb və fürsətdən yararlanaraq rəqib həmkarlarını sillə-təpiyə "qonaq" edib. Ancaq deyilənə görə onların heç birinə baş hakim tərəfindən cəza verilməyib.
 
Stadion rəhbərliyinin, orada asayişə cavabdeh şəxslərin məsuliyyətsizliyi üzündən yaşanan xoşagəlməz olaylar zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Videodan göründüyü kimi hadisə zamanı meydanda təhlükəsizliyi qoruyan olmayıb. Məşqçilərin müdaxiləsindən sonra tərəflər ayrılıb.
 
Gəncəlilərin yaşananlara görə oyunun keçirildiyi stadion, asayişi qorumağa cavabdeh şəxslər, o cümlədən rəqib klubun rəhbərliyindən şikayət etməyə tam haqqı var. Çünki təhlükəsizliyə cavabdeh olanlar, birbaşa meydan sahibləridi və məsuliyyət daşıyırlar. Ancaq görünür bu lənkəranlıları heç də maraqlandırmır. Hər halda meydanda oynayan futbolçuların cəmi 16-17 yaşları var və onlara söyüş söyüb, fiziki təzyiq göstərmək ataları yaşda olan adamlara, nə də başqasına yaraşmır.
 
Dünən keçirilən görüş "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR