Son 10 ildə idmandan ən çox pul qazanan 10 idmançı - SİYAHI

Son 10 ildə idmandan ən çox pul qazanan 10 idmançı - SİYAHI

"Forbes" dərgisi son 10 ilin ən varlı idmançılarının siyahısını açıqlayıb.

Sport7.az xəbər verir ki, siyahıdakı 10 idmançının ümumi gəliri 6 milyard 140 milyon dollar olub.

Siyahının ilk pilləsində Floyd Meyvezer qərarlaşıb. Amerikalı boksçu son 10 ildə idmandan 915 milyon gəlir əldə edib. Floyd Meyvezer son döyüşünü 2017-ci ilin avqustunda irlandiyalı MMA döyüşçüsü Konor Makqreqora qarşı keçirib. Bu döyüş dünya rekordu qırıb və Floyd Meyvezer təxminən 300 milyon dollar gəlir əldə edib.

1. Floyd Meyvezer (Boks) - 915 milyon dollar
2. Kriştiano Ronaldo (Futbol) - 800  milyon dollar
3. Lionel Messi (Futbol) - 750 milyon dollar
4. Lebron Ceyms (Basketbol) - 680  milyon dollar
5. Rocer Federer (Tennis) - 640  milyon dollar
6. Tiqer Vuds (Qolf) - 615 milyon dollar
7. Pil Mikkleson (Qolf) - 480 milyon dollar
8. Manni Paçquyao (Boks) - 435 milyon dollar
9. Kevin Durant (Basketbol) - 425 milyon dollar
10. Luis Hamilton (Formula 1) - 400 milyon dollar
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR