"Son vaxtlar belə qollara çox rast gəlirik" - Qurban Qurbanov

Avroliqanın qrup mərhələsi çərçivəsində sabah Kiprdə APOEL-in qonağı olacaq "Qarabağ"ın baş məşqçis Qurban Qurbanov oyunöncəsi fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bizim üçün hər oyun vacibdi. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR