"Sport7"nin xəbəri düz çıxdı: "Kaxa" onu görmək istəmədi

"Simurq" transfer çalışmalarını davam etdirir. 

Sport7.az xəbər verir ki, komandamız bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.

Zaqatala təmsilçisi "İnter"dən icarə əsasında Mirzağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonunadək "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi "İnter"dəki kimi "9" nömrəli forma ilə çıxış edəcək.

Onu da qeyd edək ki, "Simurq" transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək.

Xatırladaq ki, Mirzağa Hüseynpurun "İnter"in əsas komandasından uzaqlaşdırıldığını ilk olaraq saytımız 10 gün əvvəl yazmışdı ([url=http://sport7.az/az/view/2665/kaxaber-tsxadadze-interde-bir-futbolunu-grmek-istemedi-zel/?[/url]).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR