Stefen Körri 4 aylıq fasilədən sonra parketlərə qayıdır

Stefen Körri 4 aylıq fasilədən sonra parketlərə qayıdır

"Qolden Steyt"in point-qardı Stefen Körri bazar günü "Vaşinqton"la oynanılacaq matçda parketlərə qayıdacaq.

Bu barədə NBA insayderi Şems Çaraniya məlumat yayıb. Körri sol qolundakı sınıq səbəbindən 4 ay idi ki, komandasına kömək edə bilmirdi.

"Qolden Steyt"in baş məşqçisi Stiv Körrün sözlərinə görə, 31 yaşlı basketbolçunun mövsümün tamamını buraxması heç vaxt ehtimal daxilində olmayıb. Təcrübəli çalışdırıcı Körrinin Endrü Viqqins və digər gənclərlə birlikdə təcrübə yığmasının vacibliyini xüsusi qeyd edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR