Stefen Körri:

Stefen Körri: "Hələ heç nə bitməyib"

"Qolden Steyt"in point-qardı Stefen Körri "Toronto" ilə final seriyasının dördüncü matçından (92:105 / 1:3) sonra komandasının gedişatı dəyişə biləcəyinə inandığını ifadə edib:

"Hələ heç nə bitməyib. Təbii ki, hazırda özümüzü o qədər də yaxşı hiss etmirik. 

3:1 önə keçməyimizə baxmayaraq, sonda çempionluğu əldən verdiyimiz seriya olub. Məsələnin hər iki tərəfini görmüşük. Ona görə də seriyanın gedişatını dəyişmək imkanımız var".

Qeyd edək ki, 2016-cı ildə NBA final seriyasının gedişində "Qolden Steyt" "Klivlend" qarşısında 3:1 öndə olsa da, sonda "Kavs" çempionluğu bayram etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR