Sterlinq İngiltərə millisinin düşərgəsindən uzaqlaşdırılıb

Sterlinq İngiltərə millisinin düşərgəsindən uzaqlaşdırılıb

"Mançester Siti" və İngiltərə millisinin vinqeri Rahim Sterlinq Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Monteneqro ilə oynanılacaq matçı buraxacaq.

"The Guardian"ın xəbərinə görə, yığmanın baş məşqçisi Qaret Sautqeyt Co Qomes və Rahim Sterlinq arasında baş verən sözlü atışmaya görə ikincini müvəqqəti olaraq millinin düşərgəsindən kənarlaşdırılıb.

Sterlinqin "Liverpul"la oyunda baş verənlərlə kifayətlənmədiyi və yığmanın düşərgəsində də Qomeslə mübahisə etdiyi bildirilir. 24 yaşlı futbolçu insidentlə bağlı üzr istəsə də, uzaqlaşdırma cəzası qüvvədə qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR